Putindən bədbin etiraf:“Artıq ehtiyatlar və resurslarımız əvvəlki kimi işləmir”

26/05/16 4:37

Hazırkı dinamika  göstərir ki, 2000- ci illərdə iqtisadiyyatımızı irəli aparan ehtiyatlar və resurslar əvvəlki kimi artıq işləmir”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin İqtisadi Şuranın 2025-ci üçün iqtisadi inkişafın perspektivləri mövzusunda keçirdiyi iclası zamanı deyib.

Putinin sözlərinə görə, öz-özlüyündə iqtisadi artım bərpa olunmayacaq:

“Əgər biz yeni artım mənbələri tapmasaq o zaman ÜDM dinamikası hardasa sıfır səfiyyəsində olacaq. O zaman bizim sosial sferada, müdafiə sənayesində, təhülkəsizlik müstəvisində olan məsələlərin həll edilməsi tam inkiaf üçün lazım olandan  aşağı olacaq”.

Putinin sözlərinə görə, ölkə iqtisadiyyatının artım tempini genişləndirmək və onun effektliyi üçün struktur islahatlarının aparılması zəruridir: “Bu zaman makroiqtisadi sabiltiyi saxlamaq və büdcə kəsirinə, infliyasiyaya yol verməmək çox mühümdür”.