Əli Mustafayev: “Ermənilər xalq deyil, təşkilatdır”.

03/06/19 11:04

Ən asan şey başqasını mühakimə etməkdir! Elə ən çətin şey də…Xüsusilə də hər fikri, sözü və əməli öncə vicdanının və ağlının mühakiməsindən, senzurasından keçən kəslərə! Dostlar, bu yaxınlarda həmsöhbət olduğum kəslərdən biri dedi ki, bir xarici vətəndaş ermənistanda səfərdə olur. Qayıtdıqdan sonra ondan soruşublar ki, erməni xalqı barədə təəssüratın nədir? Cavab verib ki, onlar xalq deyil, təşkilatdır. Bəli, təşkilat! Bəli, cənablar, uzun illərdir ki, biz təşkilatlanmamış, içində bir-birini didib-parçalayan, siyasiləşməmiş, bir sözlə, formalaşmamış, strukturlaşmamış bir xalq olaraq mütəşəkkil, kibirli, fitnə-fəsad saçan bir düşmənlə, bir təşkilatla üz-üzəyik! İndi aydın olurmu ki, niyə Qarabağ savaşını uduzuruq, niyə Dağlıq Qarabağdan başqa ətraf yeddi rayon da erməni faşistləri tərəfindən işğal olunanda “mütərəqqi bəşəriyyət” susdu və hələ də susur, niyə demokratikləşə bilmirik, niyə bütün alanlarda vuruşan Rusiya və Qərb erməni məsələsində bir mövqedən çıxış edir?!
Alman Konstitusiyasında yazılır ki, siyasi partiyalar xalqın siyasi cəhətdən maariflənməsi ilə məşğul olur! Bəli, ölkənin ana yasası siyasi partiyaların üzərinə çox ciddi bir vəzifə qoyur: Dövləti idarə etmək istəyirsənsə, öncə get cəmiyyətin siyasi tərbiyəsi ilə məşğul ol! Bizim üçün ibrətamizdir deyilmi? Əgər Azərbaycan siyasiləri, aydınları, nə bilim sovetlərdən qalma sayaq desək, ziyalıları hansısa bir siyasi qurum, hətta ictimai təşkilat yaratmaq istəyirsə dərhal onun başının üstünü əcaib-qəraib kabuslar alır. Ya onun idarəçiliyini ələ keçirmək üçün trollar səfərbər olunaraq ora yeridilir, ya fəaliyyətinə min bir dürlü maneələr yaradılır, dövlətçilik əleyhinə olan təşkilat adlandırılaraq şərlənir, ya ram olunmayan öncülləri həbsə atılır, kompramat hücumuna məruz qalır, ya da… nələr, nələr…Məncə bunu dövlətin milli dövlətçilik şüuru daşıyan kəsləri, milli kəsimi deyil, yuxarida qeyd etdiyim “təşkilat”ın uzantıları edir və ya etdirir. Bunun başqa dürlü izahı yox! Kim öz xalqının maariflənməsini, təşkilatlanmasını, siyasi cəhətdən yetkinləşməsini istəməzki?!
Bəli, Dostlar, əgər biz öz dövlətimizə sahib çıxmaq istəyiriksə, mütəşəkkil, güclü xalq olmaq istəyiriksə, azad, demokratik bir cəmiyyətdə yaşamaq istəyiriksə, siyasi cəhətdən təşkilatlanacağıq! Kim bizə hər hansı çeşidli bəhanə, dürlü səbəblə mane olmaq istəsə biləcəyik ki, o, “düşmən dəyirmanına su tökən” bir görəvlidir. Biz o maneəni aşacayıq!!! Bu çağrış iqtidarlı-müxalifətli bütün milli güclərədir! Xalqımızı, Azərbaycan dövlətini, dövlətçiliyini sevən, onu qorumaq istəyən hər bir SAĞLAM AZƏRBAYCAN VƏTƏNDAŞINADIR!