Ərəb ölkələri İsraildən silah alır, bəs Fələstin?

17/06/23 11:51

🇮🇱 Ərəb dünyası İsrail silahlarının ən böyük alıcılarından biridir

İsrail 2022-ci il üçün müdafiə sənayesi ixracı ilə bağlı məlumat yayıb. Bu məlumatlar göstərir ki, 2022-ci ildə ərəb dünyası İsraildən 3 milyard dollar dəyərində silah alıb ki, bu da bütün silah ixracatının 25%-ni təşkil edir.

İsraildə müdafiə sənayesinin ixracı ölkənin gəlirlərinin mühüm maddələrindən biridir. 2022-ci ildə İsrailin ümumi ixracatı 73 milyard dollara çatıb ki, bunun da 12,5 milyard dolları müdafiə sənayesindəndir.

🗺 Hansı ərəb ölkələrinin İsraildən hansı məbləğə silah aldığı məlum deyil. Şəkildə ərəb ölkələri yaşıl, İsrail isə qırmızı rənglə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir