Ərdoğan 95 il icra edilməyən Osmanlı ənənsini ilk olaraq təkrarladı…

10/06/17 10:31

Peyğəmbər Əfəndimiz, İstanbul və Türklər haqqında tarixdən bizə bəlli olan və yüzdə-yüz üst-üstə düşən olduqca maraqlı açıqlamalar etmişdir. Ərdoğan Lozannaın gizli olan ağır şərtlərini aradan qaldırır. Prezident Ərdoğanın atdığı addımlarında maraqlı məqamları inkar etmək getdikcə çətinləşəcək…  

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən Osmanlı Dövlətinin tarix səhnəsindən çəkildiyi 1922-ci ilə qədər davam edən bir ənənəni təkrarən icra edib.
Prezident, Rəcəb Tayyib Ərdoğan Topqapı Sarayındakı “Hırkai-saadəti” ziyarət edib Destimal Proqramına qoşulub. Osmanlı dövləti zamanlarında dövlət ənənəsi olan Peyğəmbərdən qalan əmanətlərə böyük bir hörmət göstərildiyi üçün “Müqəddəs Əmanətlər Dairəsi” Ramazan ayında təşkil olunan bir mərasimlə ziyarət edilərdi. Ramazan ayının on beşinci günü keçirilən mərasimdə, Peyğəmbərimizin mücrü içindən çıxarılan Hirkasi üstunə qoyulan dəsmallar dəvətlilər tərəfindən öpülür və özlərinə öpdükləri dəsmallar hədiyyə edilirdi. Məhz bu yaylıqlara “Destimalı şərif “deyilirdi. Bu dəsmallar bir ömür boyu “öpülüb qoxulanar” gizlədilərdi. Ziyarətçilər, “Bu dəsmalı üzümə örtün və məni belə kefenleyib dəfn edin”, – deyə vəsiyyət edədilər. Bu səbəbdən də bu dəsmalların çoxu günümüzə qədər gəlib çıxmışdır.

Qələndər Muxtarlı