Ərdoğan G-20-də mesajı verdi: Kürd dövlətinə imkan vermərik…

08/07/17 11:20

Ərdoğan G-20-də Liderlər zirvəzində mesajı verdi: Kürd dövlətinə imkan vermərik…

Prezident Ərdoğan, G20 Liderlər Zirvəsi sonrası bəyanatlar verdi. Terrorçuların Qərb ölkələrini təhlükəsiz liman olaraq gördüyünü söyləyən Ərdoğan, “Terror təşkilatlarının dəstəklənməsinə səssiz qalmayacağıq” ifadələrini işlətdi.

Əgər Şimali Suriyada sözdə bir Kürd dövləti qurmaq cəhdi olarsa buna imkan vermərik
Cumhurbaşkanı “Ərdoğan,” Bizim siyasətimiz millətçilik üzərində deyil, irqçilik üzərində heç deyil. Bizim həmsöhbətimiz hər zaman insandır. Əgər bizim sərhədlərimizdə bizi təhdid edən bəzi əməllər olarsa biz bu əməllərə qarşı həddini bildirərik. Əgər Şimali Suriyada sözdə bir Kürd dövləti qurmaq cəhdi olarsa biz buna imkan vermərik. Belə ki, Şimali Suriyada belə bir təşəbbüs olub və biz bu təşəbbüsü dayandırdıq, əngəllədik. Bundan sonra da buna yenə heç vaxt imkan vermərik. Oradan ölkəmizə olan hədələri əsla bağışlamırıq”. Dedi.

Könül Hacıyeva