Ərdoğandan: “Dünya 5-dən böyükdür…”

06/10/21 11:25

“Dünya dəyişir. BMT-də dəyişməlidir. “Qərb üstündür” anlayışının sonuna gəldik”.

Transqafqaz.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kriter” nəşrinə belə açıqlama verib. O bildirib ki, əsrlər boyu davam edən qərb hegomoniyası artıq bitib. Ərdoğanın sözlərinə görə, dünyada yeni beynəlxalq sistem formalaşıb. ABŞ-ın səbəb olduğu problemlərə diqqət çəkən Ərdoğan, “soyuq müharibədən” sonra Vaşinqtonun uğursuz siyasət xətti seçdiyini ifadə edib.

“Türkiyənin gücü gündən-günə artır və beynəlxalq siyasətdə rolu genişlənir. Başqa orta səviyyəli ölkələr də inkişaf edir. Yəni sadəcə böyük güclərin sözünün keçdiyi dünyada yaşamırıq artıq”. / Transqafqaz.com/