Bəşar Əsəd “erməni soyqırımı”nın tanıyacaq

30/11/16 12:21

Bəşşar Əsədi dəstəkləyən Suriya parlamentinin komissiyasında qondarma “erməni soyqırımı” məsələsi müzakirə edilir.

Bunu Ermənistanda səfərdə olan B.Əsədə bağlı Suriya parlamentinin üzvləri Ömər əl-Ərəbi və Alan Bakeri söyləyib.

Məlumata görə, noyabrın 29-da onlar Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanovla görüşüblər. E.Şarmazanov bildirib ki, Ermənistan parlamenti Suriyadakı problemin dinc yolla həllinə tərəfdardır və müxtəlif beynəlxalq təşkilatların toplantılarında bu mövqedən çıxış edirlər.

Ömər əl-Ərəbi və Alan Bakeri isə qeyd edib ki, onların təmsil olunduqları parlamentin uyğun komissiyasında “erməni genosidi”nin tanınması məsələsi müzakirə olunur.

(report)