Rusiya Ermənistana yeni silahlar göndərəcək – Sarkisyan o günü gözləyir

02/11/17 10:10

Rusiya Ermənistana yeni silahlar göndərəcək – Sarkisyan o günü gözləyir

Rusiya mövcud müqavilə çərçivəsində yaxın zamanlarda Ermənistana silah partiyasını göndərəcək.

Erməni mətbuatı xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan bildirib.

Onun sözlərinə görə, imzalanmış 100 milyon dollarlıq yeni kredit sazişi isə dövlətlərarası bütün müqavilələrin imzalanmasından sonra reallaşacaq.

“Bu ilin sonuna qədər biz əvvəlki müqaviləni reallaşdıracağıq. Bu günlərdə biz yeni təchizat gözləyirik, ilin sonuna qədər isə əvvəlki sazişlə bağlı bütün məsələləri həll edəcəyik”.

Transqafqaz.com Kamal Əsgər