Gördüyü kimi, Əfqanıstanın əmniyyət vəziyyəti gündən-günə pisləşir. Təəssüf ki, Əfqanıstanın əksər bölgələrində ağır döyüşlər və qarşıdurmalar davam edir və tezliklə Əfqanıstanın hər yerinə yayılacaq.
Əfqanıstanda Taliban savaşının 2 ölçüsü var: İslam ideologiyası və etnik dəstək.
Taliban qruplaşmasının üzvləri, pəştun xalqı xaricində hamını yad adlandırır və keçmişdə onları Əfqanıstandan qovmağa çalışıblar. Məsələn, Taliban rejimi dövründə Əfqanıstanda azlıqda olan qızılbaş xalqından olan adamlar məqsədli şəkildə öldürülüb və bu rejimin qurbanı olublar.
Üstəlik, (müsəlman ölkəsində yaşayan qeyri-müsəlmanlar tərəfindən ödənilən) cizyə vergisi ödəyirdilər. Hazırkı vaxtda Əfqanıstanda müxtəlif etnik qruplar maddi və siyasi cəhətdən təchiz edilir və dəstəklənir. Tacik və həzara xalqı İran tərəfindən və eyni şəkildə özbək xalqı Türkiyə hökuməti tərəfindən dəstəklənir. Bütün bu etnik qrupların arasında, azlıqda olan şiə qızılbaşların siyasi və maliyyə dəstəkçisi yoxdur. Buna görə də, azərbaycanlı soydaşlarımızdan qızılbaş xalqına təhlükəsiz siyasi mühitin yaradılması üçün təchizatla kömək etmələrini xahiş və tələb edirik.
Azərbaycan Respublikası qızılbaş xalqının qədim torpağı kimi tanınır. Türk millətinin şərəfi olan Azərbaycan qəhrəmanlarından və ictimaiyyətindən bu çətin vəziyyətdə Əfqanıstanın azlıqda olan və həyatı təhlükədə olan qızılbaş xalqı ilə çiyin-çiyinə olmaları gözlənilir…
Hörmətlə, Məhəmməd Cavad Bayat
Herat, Qəznə və Fərah vilayətlərində Qızılbaş xalqının koordinatoru
Mənbə: Fedai.az