Yunanıstan adaları Amerikaya verdi. Xüsusilə Giritdə böyük bir baza var. Samotras adasına ordunu yığır. Dimetokadan başlayaraq, Türkiyəyə yaxın Yunan torpaqlaında 3 baza qurur.
Hər gün Aralıq dənizində manevrlər edərək Türkiyəyə əzələ nümayiş etdirir. Suriyada 2-3 hərbi baza quraraq YPG-ni silahlandırır. Özüdə nə silahlanma? On min yük maşını zirehli birliklər…
Həm də bir embarqo tətbiq edir. Bunlar kənardan gələn təhdidlər və təhlükəli niyyətlərdir. İçəridən FETÖ ilə çevriliş etməyə çalışır. Çevrilişdən əvvəl Enver Altaylı, keşiş John Bronson və Meral Akşener toplantı təşkil edirlər. Ertəsi gün Akşener brifinq keçirərək: “Mən Türkiyənin Baş Nazir olacam və ölkədə sülh olacaq” deyir. Yəni FETÖ ağzı ilə danışır.
Joe Bayden: “Tayyib Ərdoğanı Türkiyədə hakimiyyətdən salmaq üçün “Müxalifəti dəstəkləyəcəyik” deyir. Kılıçdaroğlu, Iyi Parti, Davutoğlu, Babacan və əlbəttə HDP, Amerika göstərişi ilə: “Öldük, külə döndük, insanlar aclıq içərisində. Lirə dəyərdən düşdü, infilasiya, səfalət sel kimi gəlir, mağaza (əsnaf) sahibi kədərli, məmur, zabit sürünür”, deyərək haray-həşir salırlar.
Əlbəttə, bu kimi yalan təbliğat ABŞ-dan qaynaqlanır …
ABŞ-ın (Avropa, Rusiya) niyyəti daxildən və xaricdən təsirlər göstərərək Türkiyəni və reqion ölkələrini bölməyə çalışmaqdır. Türkiyənin qətiyyətli Fırat qalxanı və Afrinin əməliyyatı “Haçlı Yürüşü” ölkələrinin Aralıq dənizinə açmaq istədikləri Kürd dəhlizi məsələsini iflasa uğratdı. O zaman Qərb, rus, erməni və PKK mətbuatı bu yaxınlarda Türkiyənin bölünəcəyi barədə “sevincli” xəbərlər yazırdılar.
PKK içəridə bitmək üzrədir və fəaliyyət dairələri daraldı. “Haclıların” qurmaq istədikləri ücüncü “erməni dövləti” (“ikinci erməni” dövlətini də Azərbaycan tarixin zibilliyinə göndərdi) Kürdüstanı da itirdilər. Məğlub olmalarına baxmayaraq Suriyada və Qarabağda “Haclılar” cinayətkar niyyətlərini davam etdirmək niyyətindədirlər.
Belə olan halda Kılıçdaroğlu və Akşener Daxili İşlər Naziri Süleyman Soyluya hücum etməsin? bəs nə etsin?. Sifariş böyük yerdən gəlir. Axı ABŞ ən böyük düşməndir …
ABŞ indi Əfqanıstanın təhlükəsizliyini Türkiyəyə vermək istəyir. Niyə? Bunun arxasında xəyanət, pis niyyətmi var? Şübhəsiz…
Əfqanıstandan gələn xəbər ürəkaçan deyil. Ölkənin böyük hissəsi Taliban əlindədir. Oradakı insanları və xüsusən “Güney Türkistan” türklərinə qarşı qətliamlar təşkil edirlər. Əlbəttə, Taliban-ın arxasında Əl-Qaidə var, İŞİD var. Onların arxasında daABŞ var. ABŞ Talibanı yaxşı silahlandırdı, necə ki, zamanında İrakda İŞİD silahlandıraraq məzhəb davaşını qızışdırdı və İslamı terrorçu bir din kimi dünyaya təqdim etməyə çalışdı. İndi isə 20 ildən sonra Əfqanıstan çəkilərək arxasında bir yığın pislik qoyur.
Talibanın içərilərinə yeridilmiş Amerika, Rusiya, İran ajanlarının fitvası ilə taliblərin Türk ordusuna hücum etmək təhlükəsi mövcuddur. Çünki, Taliban rəsmiləri bütün xarici qüvvələrin ölkədən çıxmasını tələb edirlər. Məqsədləri orta əsrli Əfqanistan İslam Xəlifəliyi qurmaqdır. ABŞ belə oyunla Türkiyənin artan iqtisadi-hərbi gücünü azaltmağı planlayıb.
Amma:
-Türkiyə reqional gücdən, beynəlxalq gücə çevrilibsə,
-Müsəlman məzlumların yardıma ehtiyacı varsa,
-“Güney Türkistan” türklərinin əmin-amanlığı naminə,
-O torpaqları əcdadların vətəni hesab ediriksə,
-Əfqanıstan leqitim hökümətinin dəvəti olarsa,
-BMT “Sülhməramlı Qoşunları” status təqdim edərsə Türkiyənin Əfqanistanda qalmasını doğru hesab edirik. Türkiyə hər zaman olduğu kimi məzlumarın yanında olacaqdır.
Çünki, Türkiyə böyük, qüdrətli dövlətdir. Çünki, Türk ordusu Allahın ordusudur
Vahidov Qurban. Araşdırmaçı-analitik