Əli Mustafa! “İmanla dolu, mübarızlik və bütövlük əzmində olan ruhları məğlub etmək olmaz”.

08/04/20 11:34

Uzun illərdi ki, “qızıl milyard” projesi qonuşulur. Əhali küllü halında ac-yalavac evlərə doldurulub

Bu gün dünyaya hökm edən güclər yeni aşamada…Suriyaya bir işğal yapdılar, bölgə gücləri, qlobal aktyorlar tökülüb gəldi, gəldilər ki, biz də varıq və hərə bir tərəfdən dartışdırmaga, sökməyə başladı…Milyonlarla suriyalı həyatını itirdi, qaçqın düşdü, əsir-yesir oldu, didərgin oldu, yüzlərlə kənd, şəhər darmadağın edildi, qədim və möhtəşəm mədəniyyətin olub-qalan izləri, qalıqları belə yerlə-yeksan edildi… Bütün bunları dünyada sülhə müvəkkil dövlətlər etdi, bəşəriyyətin təhlükəsizliyinə cavabdeh olanlar törətdi, tək bir Türkiyə bu sivilizasiya qətliyyamında zorən iştirak etsə də ədalətli davranan, əsir-yesir edilən zavallı insanlara sahib çıxan dövlət əxlaqı qoydu ortaya…

Daim təzələnən, yeniləşən və bu dəfə həm də ciddi-cəhdlə çəkişən böyük güclər yeni atakı fərqli yöntəmlə başlatdılar. Bioloji silahla-virusla saldırdılar… Suriyada zorxana gedənlər qaçıb ölkələrinə, evlərinə doluşdu… Dünyaya hökm edən güclərin yeni super aktyoru -Çin çökdürüldü! Dünyanın ən böyük mal ixracatçısı, iqtisadi gücü halına gətirilən, milyonlarla müsəlman Uyğura zülm edən kafir və zalım Çin infeksiya mənbəyinə, virus ixracatçısına çevrildi! ALLAHIN altında azad yaşayanlar, qayğısız-sıtqısız gəzib-dolaşan insanlar könüllü və könülsüz xanələrə həbs edildi, pəncərədən, qapıdan boylanan zavallı varlıqlara dönüşdürüldü! Şüurlar və etnoslar üzərində total nəzarətin yeni testi yapılırmış kimi…

Xalqlar vasitəsilə idarə olunan dövlətlər qanunauyğunluq olaraq vətəndaşlarına sahib çıxır, yardım edir, pul-para ayırır ki, təcrid dönəmində adamlar adam kimi yeyib-içə bilsin, heç olmasa mənəvi itkinin, məhdudlaşan azadlığın maddi kompensasiyasını alsın! Xortdanabənzər rejimlərlə idarə olunan dövlətlərdə isə vəziyyət ənənəvi olaraq üzüntülü və bərbaddır.Əhali küllü halında ac-yalavac evlərə doldurulub … Ağalar və onların ağaları zatən çox insan istəmirlər ki… Uzun illərdi ki, “qızıl milyard” projesi qonuşulur… Vİrusun qırmadığını aclıq qırsa kim onları sorğu-sual edəcək ki?! Təbii, hər şeyi görən, bilən ALLAHDAN və güc olması əngəllənən XALQLARDAN başqa!!!
Hər bir millətin xilası, azadlığı və rifahı öz əlində, yetər ki, doğru olanı bilsin və etsin! Nədən 30 ildir ki, torpaqlarımız yağı tapdağında, əsarətdə, dövlətsə bu gündə?! Öndərlik əsarətin ömrünü uzatmaqda, sümürgəçiləri bəsləməkdə deyil, milli zəfəri təmin etməkdədir! Bəzən fikirləşirsən ki, daim cəmiyyətə giley-güzarla yüklənmək, düşməni xortdan kimi vəsf edib də qorxmayanları da qorxutmaq, milləti mücadilə əzmi və istiqaməti ilə ürəkləndirmək və hazırlamaq əvəzinə tənqidlə, ah-vayla söndürmək politoloji bilgisizliyə bağlı, yoxsa şərə dəstək olan modern siyasi texnologiyaların təzahürü…?

Dostlar,
İnsanlarda olduğu kimi millətlərin də ruhu var! İmanla dolu, mübarızlik və bütövlük əzmində olan ruhları məğlub etmək olmaz! Millətin ruhunu zalımın köləliyindən azad etməklə, onu təşkilatlandırıb işğalçı güclərin önünə tikməklə hər bir əsarətə, köləliyə son vermək olar! Yetər ki, bu şərəfli mübarizəyə azad, müdrik və ləyaqətli kişilər öndərlik etsin!!!