ƏBU DABİ. 15.02.2022
Türkiyə prezidenti BƏƏ-yə səfəri çərçivəsində investorlarla görüşüb
Türkiyə və BƏƏ bütün sahələrdə ikitərəfli əməkdaşlıq qurmağa hazırdırlar ki, bunu bir gün əvvəl Əbu-Dabidə imzalanmış 13 hökumətlərarası saziş də əyani şəkildə sübut edir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Əbu-Dabidə iki ölkənin investorları ilə görüşü zamanı deyib.
Ərdoğan Əmirliyi Türkiyənin Fars körfəzinin ərəb ölkələri arasında əsas ticarət tərəfdaşı adlandırıb.
Prezident vurğulayıb ki, Türkiyə xarici investorlara, o cümlədən BƏƏ-dən olan investorlara hər cür yardım göstərməyə hazırdır.