2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən illə müqayisədə 12,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən fins.az-a bildiriblər ki, 1 ildə ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz artıb.
11 ayda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 5,6 faiz bahalaşıb.
2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz , o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalaşıb.
Ay ərzində bu məhsullar bahalaşıb:
Düyü
Un
qarabaşaq yarması
peçenye və paxlava
makaron məmulatları
mal, qoyun və toyuq əti
balıq məhsulları
kolbasa məmulatları
süd məhsulları
pendir
yumurta
kərə və bitki yağları
şəkər və şəkər tozu
qəhvə
çay və kakao
spirtli içkilər
armud
nar
heyva
pomidor
xiyar
Bu məhsullar isə ucuzlaşıb:
Banan
Alma
Limon
Naringi
Xurma
Şabalıd
kələm
göyərti
kök
soğan
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarının qiymətlərində də artım olub.
Parçalar
geyim və ayaqqabılar
inşaat materialları
dərmanlar
mebel və ev əşyaları
zərgərlik məmulatları
xalça və digər döşəmə örtükləri
ev üçün toxuculuq məmulatları
şüşə məmulatları
yemək qabları və əşyaları
məişət cihazları
fərdi kompüterlər
dəftərxana ləvazimatları
kitablar
minik avtomobilləri üçün ehtiyat hissələri bahalaşıb.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, məişət cihazlarının, avtomobillərin təmiri xidmətlərinin, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.