Bəşşar Əsədi dəstəkləyən Suriya parlamentinin komissiyasında qondarma “erməni soyqırımı” məsələsi müzakirə edilir.
Bunu Ermənistanda səfərdə olan B.Əsədə bağlı Suriya parlamentinin üzvləri Ömər əl-Ərəbi və Alan Bakeri söyləyib.
Məlumata görə, noyabrın 29-da onlar Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanovla görüşüblər. E.Şarmazanov bildirib ki, Ermənistan parlamenti Suriyadakı problemin dinc yolla həllinə tərəfdardır və müxtəlif beynəlxalq təşkilatların toplantılarında bu mövqedən çıxış edirlər.
Ömər əl-Ərəbi və Alan Bakeri isə qeyd edib ki, onların təmsil olunduqları parlamentin uyğun komissiyasında “erməni genosidi”nin tanınması məsələsi müzakirə olunur.
(report)