Tehran Respublikasının başçısı İbrahim Rəisi Daşkənddə İlham Əliyevlə görüşdə bunları söyləyib:
Qarabağ Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ bərpa olunacaq, yenidən qurulacaq. Bu baxımdan, biz Qarabağın bərpası üçün əvvəlki kimi sizə yardım etməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki xidmətlərimizi göstərməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır.
Söylənilən bu fikirlərə münasibət bildirmək çox çətindir. Amma, riyakarlığınız və çətin vaxtlarımızda hansı səfdə olmağınız bizə gün kimi aydındır. Dövlət siyasilərinin nə düşündüklərini özləri bilir, mən isə bilirəm ki, cahanda bunlar qədər qorxunc bir cəmiyyət və millət yoxdur.
Ömər Məmmədli