“Azərbaycan ordusu cəbhə xəttindəki hərbi varlığını daha da artırmalıdır”

13/07/19 9:34

Son günlər ABŞ Konqresində ard-arda anti-Azərbaycan mövqeli iki qərar qəbul edilib.

abd kongresi ile ilgili görsel sonucu

Bunlardan biri Konqresdə Dağlıq Qarabağda atəşkəs rejimini möhkəmləndirməyə yönələn düzəlişin qəbul edilməsidir.

Demokrat konqresmen Cudi Çunun təklif etdiyi düzəlişlərdə Dağlıq Qarabağda atəşkəs rejimi ilə bağlı bir sıra təkliflər yer alıb:

– Təmas xəttindən snayperlərin, ağır texnikanın və yeni silahların geri çəkilməsi

– ATƏT-in müşahidəçilərinin sayının artırılması

– Təmas xəttində atəşkəs rejiminin pozulmasının fiksasiya olunması

Bildirilir ki, artıq, ABŞ-dakı erməni diasporu düzəlişin qəbul olunasına müsbət reaksiya verib.

Bundan başqa, ABŞ Konqresi Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin baş üzvü, ermənipərəst konqresmen Bred Şerman iyunun 25-də Azərbaycanın hücum  imkanlarının gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim edib. Təşəbbüs Bakının Xankəndində yerləşən hava limanına uçacaq mülki aviasiya vasitələrinə daim təhlükə törətməsinin qarşını almağı hədəfləyir. Belə ki, dəyişiklik qəbul ediləcəyi halda ABŞ-ın Azərbaycana Xankəndinə qanunsuz uçan mülki təyyarələri vura biləcək silah satmasına qadağa qoyulacaq.

aeroport karabakh ile ilgili görsel sonucu

 

İyulun 12-də Nümayəndələr palatasının müvafiq komitəsi toplanaraq sözügedən təklifi müzakirə edib. ABŞ-dakı Ermənistanın Milli Komitəsinin (ANCA) yaydığı məlumatda deyilir ki, 2020-ci il üçün Milli Müdafiəni tənzimləyən qanuna bəhs edilən dəyişiklik təklif olunub.  Həmin təklif erməni məsələləri üzrə konqresmen həmsədrlər Frank Pallone,  Ceki Şpayer, vitse-prezident Adam Şiff tərəfindən dəstəklənib. Bu minvalla qanuna Xankəndidəki hava limanına mülki təyyarələrin enib-qalxmasına şərait yaradacaq dəyişiklik lehinə 234, əleyhinə 194 səs verilməklə qəbul edilib.

“Bu düzəlişlərin icrası Cənubi Qafqazda çaxnaşmalar yarada bilər”

Mövzuyla bağlı amerikalı politoloq Piter Teys “Eurasia Diary” üçün ekskluziv açıqlamalar verib.

Piter Teys ile ilgili görsel sonucu

P.Teys ABŞ Konqresində Qarabağla bağlı qəbul edilən düzəlişi konqresin yaxın tarixi ərzində buraxdığı ən kobud səhf olaraq dəyərləndirib.

“Dövlət Departamenti bu məsələdə çox diqqətli olmalıdır, çünki konqresin qəbul etdiyi bu düzəlişlərin icrası Cənubi Qafqazda çaxnaşmalar yarada bilər. Ona görə də belə hesab edirəm ki, ABŞ Dövlət Departamenti bu məsələdə konqresin qərarını icra etməməli və uzaq durmalıdır” – deyə Piter Teys bildirib.

Azərbaycan ordusu cəbhə xəttindəki hərbi varlığını daha da artırmalıdır

Amerikalı politoloqun sözlərinə görə Azərbaycan ordusu cəbhə xəttindəki hərbi varlığını daha da artırmalıdır:

“Eyni zamanda ordu kəşfiyyatı daha aktiv fəaliyyət göstərməli və qarşı tərəfin hərbi planlarını üzə çıxarmalıdır. Azərbaycan indi daha çox təmas xəttinə nəzarəti ələ almalıdır. Həmçinin Azərbaycan Respublikası düzəlişin hazırlanmasında iştirak edən konqresmenləri “persona-non qrata” elan etməlidir”.

Piter Teys düzəlişdə qeyd edilən prinsiplərdən biri olan ATƏT-in regionda varlığını artırmasına sərt şəkildə editraz edib:

“ATƏT artıq 30 ilə yaxındır ki, regiondadır, lakin biz onun ciddi səylərini və problemin həlli üçün çalışamalarını görə bilməmişik. Çünki ATƏT çox məhdud resurslara sahibdir və onun reputasiyası çox zəifdir”.

Amerikalı politoloq Konqresdə Azərbaycanın əlehinə qəbul edilən növbəti düzəlişin müəllifi olan Şerman haqqında da ciddi ittihamlar səsləndirib.

“Azərbaycan tez bir zamanda Kaliforniyalı konqresmen Şermanı “persona-non qrata” elan etməlidir. Ona görə yox ki, bu şəxs sadəcə Azərbaycanın əlehinə qanun düzəlişi hazırlayıb. Həmçinin bu konqresmen illərdir ki, Cənubi Qafqaz tarixini saxtalaşdırmaq və dəyişdirmək üçün çalışır. Eyni zamanda o, Türkiyə və Azərbaycanın əlehinə müxtəlif beynəlxalq tribunalardan hüquqi təşəbbüslər göstərir”, – deyə Piter Teys bildirib.

Sonda qeyd edə bilərik ki, ABŞ konqresində Qarabağ koflikti beynəlxalq miqyasda aktual problemlərdən birinə çevrildikdən bu yana dəfələrlə Azərbaycan əlehinə qanun və düzəlişlər qəbul edilib. Buna əsas səbəb kimi ABŞ-ın erməni lobbisinin ən güclü və ən fəal olduğu üçüncü ölkə olması faktını göstərə bilərik. Qeyd etmək lazımdır ki, ABŞ parlamentində, xüsusilə aşağı palata olan Nümayəndələr Palatasında təqdim edilən qərarların əksəriyyəti lobbiçilik fəaliyyəti əsasında qəbul edilir.

Eurasia Diary

Transqafqaz.com Toğrul Lətifzadə