Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
28 iyul 1914-11 noyabr 1918 illərini əhatə edən müharibənin adı İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanıb.
Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu:
“Antanta”da Böyük Britaniya, Fransa və Rusiya imperiyası, “Üçlər ittifaqı”nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Müharibə nəticəsində 10 milyona yaxın əsgər öldü.
1914-cü il iyunun 28-də Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi ilə başlayıb, 1918-ci il noyabrın 11-də Almaniyanın təslim olması ilə sona çatdı.
Müharibədə 200 nəfər azərbaycanlı zabit iştirak edib. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, onun oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları döyüşlərdə iştirak ediblər.
Ömər Məmmədli