Azərbaycan təhsili millətin sabahına xidmət edirmi? Təhsil müəsissələrinə rəhbər təyin edilənlərin təhsillə əlaqələri yoxdur …

02/02/25 6:09

Əhməd bəy Ağaoğlu deyirdi ki, “İnkişaf etmiş bir milləti demokratiyasız idarə etmək çox çətindir. İqtidar üçün də əsl şərəf, sərbəst düşünən və sərbəst fikir söyləyən bir milləti idarə etməkdir. Yoxsa ağzı qapalı, əli bağlı bir sürünü hər kəs idarə edər. Hürrüyyət demokratiyanın əsas əlamətidir. Hürriyyət olmayan yerdə ədalətdən, qayda-qanundan danışmaq olmaz”.

Millətin taleyində, idarəçiliyində rol alan hər kəs onunla ədalət, hürriyyət duyğusu ilə rəftar etməyə borcludur. Özünə və qaşısındakına hörmət edən insanın əsl dəyəri də məhz millətinin övladlarına münasibətdə verdiyi dəyərdir, onun böyüklüyü millətinə münasibətilə ölçülməlidir.

Bizim bu gün hamı tərəfindən qəbul edilən bu böhranlı halımız bir çox məsələlədən qaynaqlansada onlardan biri də müəllim anlayışı və statusu ilə bağlı ölkə miqyasında tətbiq edilən idarəetmədir.

Əslində müəllimin Azərbaycan cəmiyyətində funksiyası, statusu nədir? Onun dediyi dərs anlayışına nələr daxildir? Biz nəyə dərs deyirik? Niyə hamı müəllimin üzərinə gəlir, onu saxtakarlıda suçlayır, şəxsiyyətini aşağılayıb, cəmiyyətdə gözdən salır?

Müəllim necə, onbaşı, yüzbaşı, minbaşı oldu? Müəllim necə dərs dediyi şagirdlərin valideyinini məktəbə səsverməyə gətirən saxtakarlıq əlavəsinə çevrildi? Axı müəllim “keçmişi öyrədən, gələcəyi quran” idi. İndi müəllimi biz gələcəyimizi dağıdan statusunda rahatca cəmiyyətə təqdim edirik. Niyə bizdə müəllimlik bu hala gəldi?

Bizi Direktor, Rektor, Nazir olaraq idarə edənlər bu dediklərimin mahiyyətini bilirmi?

Dostlar əslində son bir ayda çalışdığım təhsil müəsissində UNEC nəzdində Dövlət Sosial-İqtisadi Kollecində üzləşdiyim vəziyyət məni Azərbaycan təhsilində baş verənləri az da olsa araşdırmağa məcbur etdi. Aydın olur ki, indi təhsil müəssisələrinə rəhbər təyin edilənlərin əksəriyyətinin təhsillə aşağı-yuxarı əlaqəsi yoxdur və bir gün belə müəllim kimi sinifə girməyənləri, dərs deməyənləri rəhbər təyin edirlər. Bu azmış kimi onlara özlərinə tədris müəsissəsində komanda yaratmaq taşırığı da verilir.

Fəaliyyətlərində əsas prioritet isə təhsil müəssissələrinin büdcəsini yazıq millətin balalarını imtahanlarda kəsərək, kəsir imtahanları hesabına ödənişlər etdirməyə məcbur etdirməklə doldurmaq durur. Xüsusən kolleclərdə bu hal geniş vüsət alıbdır. Rüşvəti kütləvi kəsir ödənişləri, çərimələr əvəzləyibdir. Əslində dövlət büdcəsindən kollec təhsilinə elədə ciddi məbləğ ayrılmır. Onsuzda qəbul prosesində 75% dən çox əsasən ödənişli əsaslarla yer verilir. Bu tələbələr birinci semestr təqaüd almır, təqaüd alanlar da 22 nəfərlik bir qrup üzrə 4-6 nəfər olur. Onların da əksəriyyəti 1-ci semestdə ya kəsilərək, yada aşağı bal alaraq təqaüddən kənarda qalırlar. Bir az diqqət etdikdə aydın olur ki, tətbiq edilən qaydalar əsasən tələbənin onsuz da pis olan vəziyyətlərinin daha da ağırlaşmasına, valıdeyinlərin əlavə ödənişlərə məcbur edilməsinə, büdcəni mümkün olan və olmayan yollarla artırılmasına yönəlibdir.

Son zamanlar kolleclərə təyin edilən direktorlar təsadüfi adamlar deyildir. Onlar sadəcə işbazlardır. Təhsil müəsissinə rəhbər göndərilən şəxs müəllim anlayışını bilmirsə, müəllimin funksiyasına nələr daxildir? onu anlamaq istəmirsə, tələbələrə, tədris müəsissəsinə ilin-günün bu vaxtında sadəcə obyekt kimi yanaşılırsa nə bizi, nə də bu ölkəni yaxşı bir gələcək gözləmir.

Bir fənin tədrisinə 30 saat ayrıldığı halda tələbəyə birdən-birə 500-550 test tapşırığı vermək, üstəgəl 15-20 yazılı mövzu ilə yükləməklə üsulu tələbənin fənləri daha yaxşı mənimsəməsinə xidmət edir yoxsa kəsilməsinə, daha zəif nəticə göstərməsinə, aşağı qiymətlər almasına, təqaüdən kəsilməsinə, və ya təqaüd alma ümidinin puç olmasına nəyə xidmət edir? 2012-ci ildən Kollec tələbələrinə subbakalavr statusu ona görə verilib ki onlar universitetlərə imtahansız qəbul ola bilsinlər.Kollec məzunlarının 80 % -nə Azərbaycanın əmək bazarında yer yoxdur. Bunu bildiyimiz halda tələbələrlə insanlarımızla belə rəftarın mənası nədir?

Xalqımızın gələcəyinə, elmi, texnoloji yeniliklərin tətbiqinə imkan tanıyan gələcəyin ixtisasları barədə fikirləşmək əvəzinə bizimkilər nə fikirləşir.

Türkiyə kolleclərində 25 qədər gələcəyin ixtisasları öyrədilir. Hər il tədris planları yenilənir

-Proqram mühəndisliyi ixtisası,

-Maliyə meneceri,

-Kompyuter və informasiya sistemləri meneceri,

-Ağıllı kəndlər və şəhərlər yaradırıq, bu sahələr üzrə mütəxəsisləri biz hazırlaya bilmərikmi?.

-Süni intellek üzrə mütəxəsis,

-İqlim dəyişikliyi üzrə mütəxəsislər

-Ekalogiya mütəxəsisi

-İnsan resusları mütəxəsisi

-Məsafədən iş üzrə mütəxəsis

-Alternativ enerji qaynaqları üzrə mütəxəsislər və.s görülməli nə qədər işlərimiz olduğu halda nələrlə məşğul oluruq.

Müəllimin əsas funksiyasına tədris etdiyi fəni dövlət standartında nəzərdə tutulan qaydada tələbəyə öyrətməkdir, ölkənin gələcəyinə, cəmiyyətin hər bir təbəqəsinə xidmət edən insan resurslarını yetişdirməkdir. Yeni direktorlar tələbəyə nəticəsi əvvəlcədən bəlli olan bu qədər tapşırığı yükləməklə həm təhsil sistemini, həm  “gələcəyin memarı olan müəllimi” də yaman günə qoymuş olurlar.

Ardı var

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir