Pakistan ilə Əfqanıstan arasında gərginlik! 200 raket atılıb

18/02/17 11:16

Pakistan ilə Əfqanıstan arasında gərginlik! 200 raket atılıb

18.02.2017 – 09:53
Pakistanın Sinq əyalətində Lal Shahbaz Qələndər Türbəyə təşkil edilən intihar hücumunun ardından bu gün Pakistan, Əfqanıstanla sərhəd vilayəti Nangarhara 200 raket atıb.

Pakistanın cənubundakı Sinq əyalətinin Sehvan şəhərində yerləşən sufi alimlərindən olmuş Lal Şahbaz Qələndər türbəsinə dünən axşam DEAŞ terror təşkilatının üzərinə götürdüyü intihar hücumu təşkil olunub. Baş verən hadisədə 83 nəfər həyatını itirərkən, 343 nəfər yaralanıb. Hadisə sonrası Pakistan Silahlı Qüvvələrinin Sözçüsü General Asif Ghafoor, ölkədə olan Əfqan diplomatlarını çağırdığını söyləyərək, Əfqanıstanda həbsdə olan 76 Taliban üzvünün qaytarılmasını istədi.

Bu gün isə Əfqanıstanın sərhəd vilayəti Nangarhara təxminən iki yüz raket atıldı. Alınan məlumata görə; Sərhəd nöqtəsinə yaxın Lalpoor rayonu bu gün Səhər saatlarından axşama qədər təcavüzə uğradığı bildirilərkən, Vali sözçüsü Ataullah Khogyani, İHA-ya etdiyi açıqlamada, hadisələrdə iki uşağın yaralandığını və 100den çox ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Transqafqaz.com

Qələndər Muxatrlı