R.T.Ərdoğan. 1,7 milyardlıq İslam aləminin taleyini 5 dövlətin keyfinə buraxa bilmərik.Bu dövr ömrünü başa vurur…

19/12/19 10:37

Türkiyənin Dövlət başçısı Ərdoğan Kuala Lumpur Zirvəsinin açılışında danışdı. İslam coğrafiyasının gələcəyini 5 ölkənin ağızına buraxan sistemin artıq vaxtını doldurduğunu ifadə edən Ərdoğan, Müsəlmanlar bir-birinə güllə sıxarkən silah tacirləri zəngin olduğunu ifadə etdi.
Türkiyə Respublikasının başçısı Rəcəb Tayyib Ərdoğan, “1,7 milyardlıq İslam aləminin qədərini Təhlükəsizlik Şurasının Daimi üzvü olan 5 ölkənin kefinə buraxan sistem artıq ömürünü tamamlamışdır.” dedi.

Kuala Lumpur Konfrans mərkəzində reallaşdırılan Kuala Lumpur Zirvəsi açılış iclasında, çıxışına iştirakçıları salamlamaqla başlayan Ərdoğan, “Sizlərə Türkiyədəki 82 milyon qardaşınızın hər birinin salam və sevgilərini gətirdim.” deyə başladı.

II Dünya savaşının qalibləri tərəfindən öz mənfəətlərini qorumaq məqsədi ilə qurulan 1,7 milyardlıq İslam aləminin qədərini Təhlükəsizlik Şuras Daimi üzvü olan 5 ölkənin kefinə buraxan sistem artıq ömürünü tamamlamışdır. İslam ölkələrini bir araya gətirən İslam Əməkdaşlıq Təşkilatı kimi platformaların da fəaliyyətini artıracaq şəkildə aktuallaşması şərtdir. 3 il boyunca icra etdiyimiz İslam Əməkdaşlıq Təşkilatı rəhbərlik dönəmində bu mövzulara xüsusi əhəmiyyət verdik.

Transqafqaz.com

Toğrul Lətifoğlu