1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu ilin oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur.
18 Oktyabr-Müstəqilliyin Bərpası Günü AZƏRBAYCAN MİLLİ DEMOKRAT ( BOZKURT) PARTİSİ və AXH-nın üzvləri TÜRK ŞƏHİDLİYİNİ, İskəndər Həmidovun, Əbulfəz Elçibəyin, Polad Həşimovun məzarlarını ziyarət etmişlər.
Ziyarətə Türkiyə Cumhuriyyətindən böyük nümayəndə heyəti də gəlmişdir. Onların arasında 1980-ci illər İstanbul Ülkü Ocaqları Universiteti Başkanlarıda olmuşdur.
Transqafqaz.com