Tramp və Putinin G-20-dəki görüşü başlayıb.

07/07/17 8:27

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin, ilk dəfə üz-üzə bir araya gəldiyi görüş başlayıb.
Almaniyanın Hamburq şəhərində təşkil olunan G-20 Liderlər Sammiti çərçivəsində, Tramp və Putin ilk dəfə üz-üzə bir araya gəldi.

Görüş əvvəl fotoşəkil çəkilişi əsnasında qısa bir açıqlama edən Tramp, Putin ilə bir araya gəlməkdən məmnunluq duyduğunu və bunun özü üçün bir şərəf olduğunu dedi.
Putin ilə müxtəlif məsələləri müzakirə etdiklərini və müzakirələrin yaxşı getdiyini bildirən Tramp, “Çox çox yaxşı, görüşlər keçirdik. İndi də bir görüş keçirəcəyik və açığı bu davam edəcək”. Dedi.
Tramp, Rusiya, ABŞ və bağlı hər kəs üçün çox müsbət şeylərin baş verməsini gözlədiklərini sözlərinə əlavə edib.
Putin də Tramp ilə telefonda ikitərəfli münasibətlərə və mühüm beynəlxalq proseslərə dair bir neçə dəfə görüşdüklərini xatırladaraq “Ancaq telefon danışıqları yetərli olmaz. İkitərəfli münasibətlərdə konkret nəticə almaq üçün şəxsi toplantılara da ehtiyacımız var”. Deyə danışdı.
Tramp ilə tanış olmaqdan məmnunluq duyduğunu ifadə edən Putin, toplantının səmərəli nəticələr ortaya qoymasını gözlədiyini vurğulayıb.
Görüşdə ABŞ Xarici İşlər Naziri Reks Tillerson və Rus həmkarı Sergei Lavrov da iştirak edirdi.

Könül Hacıyeva