30 avqust Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür – həm də qardaş Türkiyəmizin Zəfər Bayramıdır…

30/08/21 1:55
30 il öncə bu gün-1991-ci il avqustun 30-u, 20-ci əsrdə ikinci dəfə  Azərbaycan İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür. 30 il öncə keçmiş Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edildi.
 
Qeyd edək ki, 1988-ci ildən başlanan milli-azadlıq hərəkatının nəticəsində Azərbaycan Ali Sovetində “Demokratik Azərbaycan”,  Deputat Blokunun təkidi ilə 1991-ci ilin avqustun 30-da bu sənəd qəbul olunub.  
Bu Bəyannamə 18 oktyabr 1991-ci ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasında çox mühüm tarixi sənəddir.
Eyni zamanda iki qardaş – Azərbaycan və Türkiyə dövlətlərinin tarixinə 30 avqust çox əlamətdar gün kimi yazılıb. Türkiyə Cümhuriyyətində də 30 avqust Zəfər Bayramı kimi qeyd edir.
Transqafqaz.com