Avropada ABŞ-ın Rusiya aktivlərini müsadirə etmək ideyasının qanuniliyinə şübhə edirlər – Financial Times
Almaniya, Fransa, İtaliya və Aİ ABŞ-ın Rusiya Federasiyasının 300 milyard dollar dəyərində dondurulmuş aktivlərini müsadirə etmək fikrinə şübhə ilə yanaşır və ilk növbədə bu tədbirin qanuniliyini diqqətlə qiymətləndirməyi zəruri hesab edirlər.
“Birləşmiş Ştatlar G7 ölkələrinin işçi qruplarını 24 fevral 2024-cü il tarixindəki mümkün görüşədək, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi yollarını öyrənməyə dəvət edib və Britaniya, Yaponiya və Kanadanın dəstəyi ilə mümkün G7 üçün Rusiya aktivlərinin müsadirə edilməsi məsələsi üzrə variantlar hazırlamağı təklif edib.
Vaşinqtonun təklif etdiyi üç işçi qrupu müsadirə ilə bağlı hüquqi məsələlərə, bu cür siyasətlərin necə həyata keçiriləcəyinə, risklərin azaldılmasına və dəstəyin Ukraynaya ən yaxşı şəkildə yönəldilməsi variantlarına baxacaq”, – məqalədə deyilir.
Məmmədli Ömər