380 milyard dollarlıq müqavilə bağlayan Tramp, qılıncla rəqs də etdi…(Video)

21/05/17 2:03

Tramp Səudiyyə Ərəbistanda. İki ölkə arasında 380 milyard dollarlıq sazış imzalandı…
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı səfərinin ən maraqlı detallarından biri Trampın qılınc rəqsi olub.

 Dünən başlayan səfər bu ana qədər 380 milyard dollarlıq müqavilələrə imza atılıb.

ABŞ Prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına həyata keçirib. Çox danışılan səfərdə Trampı müşayiət edən xanımı Melania Trampın Səudiyyə Ərəbistanına uyğun paltar seçimi, Donald Trampa Kral Salmanın ən yüksək dövlət ordeni təqdim etməsilə yanaşı, Donald Tramp qılıncla rəqs edib.

Paytaxt Ər-riyadda Al murabba Sarayında ABŞ Prezidenti şərəfinə təşkil olunan mərasimdə maraqlı anlar yaşandı. Donald Trump da əlinə aldığı bir qılıncla Kral Salman və qılıncla rəqs edən qrupun arasına daxil olub. Trampın etdiyi rəqs isə olduqca maraqlı olub.

Transqafqaz.com

Könül Hacıyeva