Azərbaycan Milliyyətçi Demokrat Partiyasının
Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin
M Ə L U M A T I
Azərbaycan Milliyyətçi Demokrat Partiyası XX yüzilin sonunda Azərbaycanda başlanan Milli Azadlıq Hərakatının bağrından doğan bir siyasi quruluş olaraq yaranmışdır. Azərbaycanın bağımsızlığının bərpa edilməsi yolunda Azərbaycan Xalq Hərakatının Lideri Əbülfəz Elçibəyin liderliyində Azərbaycan BOZ QURD təşkilatı olaraq hər zaman öndə olmuş, Qarabağ savaşında, vətənin ərazi bütövlüyünün təmin edilməsində əsas rol alaraq bu yolda yüzlərlə şəhid vermişdir. Bu gün də Partiya öz sıralarında əsasən Qarabağ savaşını keçən Qaziləri və vətəni üçün həran Şəhid olmağa hazır olan yüzlərlə vətən oğlunu birləşdirir.
Azərbaycan Milliyyətçi Demokrat Partiyası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Boz Qurd Partiyasının və Azərbaycan Milli Demokrat Partiyalarının təşkilati, ideoloji, siyasi varisi olan tək təşkilatdır. Azərbaycan Milliyyətçi Demokrat Partiyasının 1993-cü ilin dekabrın 26 –da təsis qurultayını keçirilmişdir. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyasında qeyd edildiyi kimi 1994-cü ilin martında Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bu ada fəaliyyəti olan dünyada ilk siyasi quruluş idi. Dekabrın 26-də 2020-ci ildə Partiyanın yaranışının 27 ili tamam olur.
Sentyabrın 9-da 2020-ci ildə Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi Azərbaycan Milliyyətçi Demokrat Partiyasının növbəti Qurultayının bu ilin oktyabrın 18 –nə təyin olunması barədə qərar qəbul etdi. Lakin mənfur etməni terror dövlətinin vətənimizə təcavüzü ilə əlaqədar olaraq partiyamınızın oktyabrın 18 -ə təyin olunann qurultayı qeyri-müəyyən vaxta kimi təxirə salındı.
Müzəffər ordumuzun düşmən üzərində qələbəsindən sonra TK-nin 20 noyabrda zoom üzərindən keçirilən toplantısında qurultayın 26 dekabr Partiyanın yaranışının 27-ci il dönümündə keçirilməsi barədə qərar qəbul edildi.
Məlumat, Partiyanın Rayon Təşkilatlarından seçilmiş qurultay nümayəndələrinə və adiyyatı orqanlara göndərilmişdir.
Transqafqaz.com
Toğrul Lətifoğlu