Ankara və Bakı beşinci nəsil türk qırıcı KAAN-ın yaradılması layihəsi çərçivəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Müqavilə İstanbulda keçiriləcək IDEF-2023 (Türkiye Gazetesi) Beynəlxalq Müdafiə Sənayesi Sərgisində imzalanması planlaşdırılan ikitərəfli sazişlə rəsmiləşdiriləcək.
KAAN 2017-ci ildən Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. Onun ilk uçuşunu bu il edəcəyi, 2028-ci ildə isə onun kütləvi istehsalına başlanacağı planlaşdırılır. Türkiyə hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, Kaan taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın F-35-lərini keçəcək və gələcəkdə Respublika Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz edəcək.
#Türkiyə #Silahlar
Ömər Məmmədli