Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
I-ci Qarabağ Müharibəsi şəhidi Noel Ahəngari adına Mingəçevir şəhəri 13 nömrəli adına tam orta məktəbin Va sinif şagirdləri məktəbin Tədbirlər Planına uyğun olaraq “Zəfər Günü” və “Bayraq Günü” ilə bağlı ədəbi-bədii kompozisiyalar təşkil edərək Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Sinif rəhbəri Məryəm Vahidova işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı şagirdlərə məlumarlar vermişdir.
Keçirilmiş tədbirlərdə Valideyin Komitəsinin sədri Nuranə Həsənova tədbirlərin keçirilməsində iştirak etmişdir. Həmçinin valideyinlərdən Əfsanə Cəfərova, Şahbaz Kərimova, Şahnaz Əliyeva köməkliklərini göstərmişlər.
Transqafqaz.com