Həmrəylikdən, Milli Sevgiyə

31/12/16 11:15

                                              Həmrəylikdən, Milli Sevgiyə

Dostlar, qohumlar insanı cəmiyyətə bağlayan ən mühüm tellərdir. İnsan dostlarla, yaxınlarla, özünü bu dünyaya bağlar, güvənli bilər, uğurlarının müdafiəsin onlardan hiss edər. Əslində insanın ilk həyat müəllimi də dostlarıdır. Yaxşı dostların əhatəsində insanın yaşaması, bəslənməsi onun çox mühüm göstəricisidir, uğurudur bəlkədə bəxtəvərliyidir. İndiki zamanın, dövranın bu vədəsində sosial şəbəkədə seçdiyimiz, bəyəndiyimiz çox dəyərli dostların əhatəsində bəslənirik, ömrümüzü bu insanların dəstəyi ilə yaşayırıq. Hər birımiz dostumuzu millətimizin ən yaxşılarından bilirik. Hər birimiz, bir kimsəyə yaxşılıq edirik. Amma sevmədiyin birinə insanın yaxşılığı toxuna bilərmi?. Millətini sevmədən onun kimsəsinə də yaxşılığın keçə bilməz. Milləti sevmək eyni vətəni, dövləti sevməkdir.  Mənimcə yer üzündə bu vətən və bu millət qədər daha çox sevgyə möhtac olan bir yurd, bir yer yoxdur. Bizim istər dini, istərsədə ərazi baxımından başqa millət və xalqlardan saysız hesabsız üstünlüklərimiz var. Biz yer kürəsinin ən gözəl bir hissəsində, ürəyində yaşayırıq. Dünyaya, ədalət, insanlıq, yaxşılıq, mərhəmət gətirən ən son haqq dininə inananlarındanıq. Baxmayaraq ki, onun qürurunu yetərincə yaşaya bilmirik. Millətimizin şərəfli tarixi, şərəfli şəxsiyyətləri vardıq. Nəinki bizim,  cümlə insanlığın  könlünə işıq salan dahilərimiz biizm ən böyük sərvətimizdir. Biz onların yaşayıb yaratdığı, gəzdiyi, şəhid düşdüyü vətən torpağının üzərində yaşayır,  o yurdu təmsil edirik. Amma bu mübarək vətənin çox ağır problemləri vardır ki, onları da həmən vətən və millət sevgisi olmadan qaldıra bilməyəcəyik.Biz sadəcə o dərdlərə həmrəy olmaqdan milli sevgiyə keçid etməliyik. İnkişafda olan ölkələr və millətlər sanki, bizim örnək bildiyimiz milli və dini dəyərlərimizin diqtəsi ilə öz ölkələrini idarə edirlər. Onlarda idarəçilikdə əxalqın, ticarətdə, ticarət əxlaqının, ləyaqətin və hüququn hakimiyyəti hakimdir. Bizdə bu dəyərləri tətbiq edilməsini təmin etməliyik. Bir-birimizlə deyil, pisliklərlə mübarizə etməliyik. Qaranıqları, işıq tutmaqla aydınlatmalıyıq. Millətə və vətənə sevgimizlə sahib olub və çətinliklərdən qurtara biləcəyik. Millətin sevgisini onun dərdlərini acılarını, söyləməklə, dilə gətirməklə qazana bilərik. Unutmayaq ki, bu sevgiyə yer üzndə bizim millət və yurd qədər ehtiyacı olan yoxdur. Qarabağımızda, Suriyada, İraqda İranda  və digər bölgələrdə yaşanan faciələr bizim faciələrimizdir. Millətimizin faciələridir. O, yurdlarda yaşanan faciələrdə eyni milli faciələrdir, sadəcə daha üzücüdür, ona görə ki, oraları, Qarabağımız qədər vətən torpağı bilmirik, bilə-bilməkdən qorxuruq, usanırıq. Amma dünya tarixinə bizlər, bəlkədə bu böyüklüyündə problemləri aşmaq üçün gəlmişik. Bizim param-parça  vətənimiz bütövləşməyincə, bu bölgəyə, Yaxın Orta Şərqə daimi sülh gəlməyəcək, dünyanın ədalətsiz düzəni düzəlməyəcəkdir. Onun yolu isə milli sevgidən keçir.

Dəyərli dostlar!

Bu yazdıqlarım Yeni ilin gəlişi və Həmrəylik bayramımız münasibətilə könlümdən keçən düşüncələrim idi. Milli təbrik, milli arzu, milli dilək kimi də qəbul edə bilrəsiniz. Hər birimizə bu yöndə uğur, başarılar arzu edirəm.

Qələndər Muxtarlı…

TANRI TÜRKÜ QORUSUN!