Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB iştirakçısı olan ölkələrin Kəşfiyyat və Təhlükəsizlik Orqanları Rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib.
İclasda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB Dövlətlərinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının sədri Aleksandr Bortnikov, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Belorus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Sagimbayev, Qırğızıstan Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçibek Taşiyev, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizov, Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət komitəsinin sədri Saimumin Yatimov və MDB-yə üzv ölkələrin Antiterror Mərkəzinin rəhbəri Yevgeni Sısoyev iştirak ediblər.