
🇦🇿 Azərbaycanda Konstitusiya Günü qeyd olunur
 
1996-cı il fevralın 6-da prezident  sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.  Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılıb. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib. 
 
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. 
Ömər Məmmədli