DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ

13/11/23 2:42

Bu gün Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayır.

Deputatlar üç gün dalbadal – noyabrın 13, 14 və 15-də büdcə zərfini müzakirə edəcəklər.

İclasın gündəliyinə 14 məsələ daxildir:

1. “Azərbaycanın 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).

2. “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).

4. “Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş).

5. “Azərbaycanda 2024-cü ildə ehtiyac meyarı haqqında” qanun layihəsi (birinci oxunuş).

6. Azərbaycanın Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

7. Azərbaycan Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

8. “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

9. “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

10. “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

11. “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

12. “Gömrük tarifləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

13. 2024-cü il üçün parlament xərclərinin büdcəsi haqqında Milli Məclisin qərarının layihəsi.

14. Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərarının layihəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir