Dilavər Əzimli: Azərbaycan dövləti əleyhinə fəalliyyət göstərən saytlar var…

10/01/17 11:06

Azərbaycanda saytlara ciddi nəzarətin vaxtı çatmışdır. Maraqlıdır ki, bu gün Azərbaycanda İran siyasi şiyəliyini, Türkiyə siyasi sünniliyini, vəhabiliyi, sələfiliyi, nurçuluğu, təkfirçiliyi, terroru müxtəlif yollarla dəstəkləyən sayatlar sərbəst fəaliyyət göstərir və bol-bol da maliyyə rıçaqları vardır.

Əvəzində, nəyin şahidi oluruq:

Hansısa sayt rəhbəri və yaxud qəzet redaktoru rüşvətə görə həbs edildi. Bu cür adamlar da islah olunmalıdır. Amma ilk  növbədə ölkənin təhlükəsizliyi önəm kəsb edir. Gədəbəy kimi qədim tarixi adı özündə daşıyan bir sayt Azərbaycan milli maraqlarına xəyanət baxımından çıxış etmişdir. Dovlat Mamedov adı altında gedən yazı başdan-ayağa cəfəngiyyat və iftiradan ibarətdir. Maraqlıdır ki, bu saytın adı da “Gədəbəyin səsi” olsa da, onun simasını əks etdirə bilməz.. Ola bilsin ki, bu insanların tarixdən xəbəri yoxdur. Çünki hər bir rayonun icra başçısı özünü təbliğ etmək üçün bir sayt yartadırmışdır. Bununla da özlərini sanki prezident kimi görürlər. Bunlar başa düşmürlər ki, sayta qoyulan yazılara nəzarət olmalıdır. Çünki yazılan hər hansı bir yazı ölkə təhlükəsizliyinə qarşı da yönələ bilər. Bizi maraqlandıran budur ki, bu saytın rəhbərləri Gədəbəy kimi böyük bir rayonda bir tarixçiyə müraciət etməmişlər. Mən orada nə qədər desəniz istedalı tarixçilər tanıyıram.”Gedebeyin SESİ”

Görün bu sayt nə yazır:
GƏDƏBƏYİN TARİXİNDƏN…
Iran şahı Gədəbəyi erməni Ohon bəyə bağışladı… 1696-inci ildə İran şahı Gəncə bəylərbəyliyinə məktub göndərərək bildirir ki, Gədəbəyi əhalisi ilə birgə Osman Türkiyəsinə qarşı müharibədə xüsusi fərqlənən, Naxçıvanda yaşayan Ohon bəyə bağışlayır və Gədəbəydə yaşayan əhalidən yığılan bütün vergilərdə ona çatır”.
Bütöv Azərbaycan Ocaqları təşkilatının idelogiya üzrə Başkan müavini olaraq üzümü Dövlət Təhlükəsizlix Xidmətinə tutaraq Bütöv Azərbaycanın vətənpərvərləri adından bu saytın fəaliyyətinin yoxlanılmasını tövsiyyə edirəm. Bu informasiya birbaşa ermənilərin mənafeyinə xidmət edir.
Birincisi, o zaman Naxçıvanda erməni yox idi. Orada yaşayan xristian albanlar olublar. İkinsisi, o zaman İran adlı dövlət dünya xərtisənində olmayıbdır. O zaman Azərbaycan Səfəvilər dövlət adlı bir Türk dövləti olubdur. Bu yazını yazan da səfəvilərə nifrətini ortaya qoyur. Bu adam qanmır ki, Azərbaycan Səfəfi dövləti olmasaydı, bu günki Bütöv Azərbaycan coğrafiyası olmayacaqdı. İran adı isə 1935-ci ildən ingilis-rus-fars işbirliyi nəticəsində ortaya çıxıbdır. Üçünsü isə, Gədəbəy camaatı bu fikrə etiraz etməlidir. Bu insan Azərbaycanın bu tarixi ərazisinə özünün məzhəbi baxımından yanaşmışdır. Bu isə qəbuledilməzdir. Bu yazı ermənilərin dəyirmanına birbaşa su tökür. Dördüncüsü isə, qardaş Türkiyə ilə Azərbaycan arasına nifaq salınmasına xidmət edir. Bu adamın mənbələrdən xəbəri yoxdur və bu mənada yazdığının məsuliyyətini daşımalıdır. Bu adam həmin məktubu hansı mənbədən götürmüşdür?-onu yazsın…
Biz Bütöv Azərbaycan Ocaqları olaraq bütün vətənpərvər saytları bu cür yazılar dərc edən saytlara qarşı mübarizəyə çağırırıq. Azərbaycan özünün özəl keyfiyyətləri ilə xüsusi seçilən bir ölkədir. Bu ərazilərdə min illərlə çoxluq təşkil edən türklərlə, digər xalqlar çiyin-çiyinə yaşamışlar. O zaman hansısa ərazinin kiməsə bağışlanmasından söhbət gedə bilməzdi. Onda o zaman bu dövlətin ərazilərindən heç nə qala bilməzdi. Dövlətin bəylərbəylikləri var idi. Həmin ərazilərə onlar nəzarət edirdi. Dövlət töyücüsünün kiməsə bağılnamsı isə mümkün deyildi. Biz bu cür yazılara qarşı kəskin olmalıyıq! Bizə ötürülən Vətən adlı əmanəti göz bəbəyi qorumalı və uğrunda hər zaman döyüşə hazır olmalıyıq!