Trumpla bağlı həssas məlumatlar Rusiyanın əlində! ABŞ-da yeni iddia…

11/01/17 2:54

Trumpla bağlı həssas məlumatlar Rusiyanın əlində! ABŞ-da yeni iddia…
ABŞ-da kəşfiyyat direktorlarının, Obama və Trumpa məlumat verdikləri iclaslarda, Rusiyanın əlində Trump ilə bağlı həssas şəxsi və maliyyə məlumatlar olduğu deyilib.Trump ilə bağlı həssas məlumatların Rusiyanın əlində olduğunu deyən 2 səhifəlik kəşfiyyat hesabatında, bunların əks-səda doğuracaq xarakterdə olduğu da açıqlanıb.

8 Noyabrda keçirilən seçkilər sonrasında, Rusiyanın seçkilərdə saxtakarlıq etdiyi və Donald Trumpın seçilməsinə kömək etdiyi istiqamətindəki kəşfiyyat hesabatları ABŞ-da ardı arxası kəsilmir.

CNN-in xəbərinə görə, keçdiyimiz günlərdə Barak Obama, Trump və yüksək səviyyəli senatorlara kiber hücumlarla bağlı məlumat verən kəşfiyyat şefləri, Rusiyanın Prezident seçilən Donald Trump ilə bağlı həssas şəxsi və maliyyə məlumatlara malik olduğunu deyib.

Transqafqaz.com