Azərbaycan və İranı Astarada birləşdirən körpü bir aya təhvil veriləcək

20/11/23 5:14

Astara vasitəsilə İranı Azərbaycanla birləşdirən yeni körpü və tranzit marşrutu 1 ay ərzində istifadəyə veriləcək.

Bunu İranın Astara şəhərinin meri Məhəmmədrza Şahabzadə deyib.

“Yeni körpü istifadəyə verildikdən sonra tıxac yaradan bütün yük maşınları oradan keçəcək və biz artıq tıxac görməyəcəyik”, – mer qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir