İsveçin NATO üzvlüyünə əsas maneə F-35 lərdir.

29/11/23 7:34



İsveçin xarici işlər naziri Tobias Billström etiraf edib ki, Türkiyəyə F-35 qırıcılarının tədarükü və İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin ratifikasiyası bir-biri ilə əlaqəli məsələlərdir.

İsveçli nazirin sözlərinə görə, Ankaranın Stokholmun NATO-ya daxil olmaq ərizəsini ratifikasiyası F-35-lərin Türkiyəyə tədarükündən asılıdır.

“Biz artıq bilirik ki, bu iki məsələ bir-biri ilə bağlıdır, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə sentyabrda danışmışdı. Bu, necə deyərlər, sadəcə çox pis saxlanılan bir sirrdir. Amma yadda saxlamalıyıq ki, İsveç artıq NATO-ya daxil olmaq üçün tələbləri yerinə yetirib”, – Tobias Billström vurğulayıb.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir