Yaxın Şərqdə müharibə ən azı bir il davam edəcək – Financial Times
Nəşr bildirir ki, İsrail hökumətindəki anonim mənbələrin məlumatına görə, Fələstin-İsrail münaqişəsi daha bir il və ya daha çox davam edəcək və ən aktiv döyüşlər 2024-cü ilin əvvəlində gözlənilməlidir.
Məqalədə İsrailin bu münaqişədə əsas məqsəd və strategiyası da bildirilir. İDF-nin əsas missiyası HƏMAS qruplaşmasını, o cümlədən onun üç liderini – Yəhya Sinvar, Məhəmməd Deif, Mərvan İsanı məhv etməkdir.
Təl-Əvivin bu məqsədə çatmaq üçün strategiyası 3 mərhələdən ibarətdir:
1) Fələstin anklavının şimalının tutulması
2) Sektorun cənubunun ələ keçirilməsi
3) Vəziyyətin sabitləşməsi
İlk iki mərhələdə İDF HƏMAS-ın 24 batalyonunun hamısını məhv etməyi, Qəzza zolağının altındakı yeraltı tunellər şəbəkəsini ələ keçirməyi və qruplaşmanın rəhbərliyini aradan qaldırmağı planlaşdırır.
Üçüncü mərhələ çərçivəsində hərbi əməliyyatların fəallığının azaldılması və bütün regionda vəziyyətin sabitləşdirilməsi planlaşdırılır. Bu mərhələ 2024-cü ilin sonuna qədər davam edə bilər.
Eyni zamanda, bir İsrail rəsmisi təklif etdi ki, bütün əvvəlki İsrail müharibələri və əməliyyatlarından fərqli olaraq, bu müharibənin son məqsədi olmaya bilər.
Məmmədli Ömər