Bu gün Amerikanın İraq və Suriyadakı bazalarına 4 dəfə hücum edilib
İraqda İranyönlü İslami Müqavimət hərəkatı ABŞ-ın İraqın qərbindəki Ayn əl-Əsəd və Suriyanın Deyr-əz-Zor əyalətinin şimal-şərqindəki Koniko bazalarını atəşə tutmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Hizbullah da öz növbəsində Suriyanın şimal-şərqindəki Xarab əl-Cir bazasına və İraq Kürdüstanının paytaxtı Ərbil yaxınlığındakı Əl-Hərir bazasına hücumlar təşkil etdiyini bildirib.
Bu gün səhər saatlarında Pentaqon bildirib ki, dekabrın 7-nə olan məlumata görə, ABŞ-ın İraq və Suriyadakı bazalarına oktyabrın 17-dən bu yana 78 dəfə hücum edilib.
Dekabrın 6-dan 7-nə keçən gecə Amerikanın İraq və Suriyadakı bazaları hücuma məruz qalıb
ABŞ ordusu İraqda 5 yaraqlının məhv edildiyini təsdiqləyib
ABŞ dövlət katibinin İraqdan Yaxın Şərqdəki ABŞ əsgərlərini təhdid edənlərə mesajı: Bunu etməyin.
Ömər Məmmədli