BOK Rusiya Federasiyası və Belarus idmançılarına 2024-cü il Olimpiadasına neytral statusda qatılmağa icazə verib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında fərdi neytral idmançı kimi iştirak etməyə icazə verib.
BOK İcraiyyə Komitəsi qeyd edir ki, yalnız öz idman növlərində vəsiqə qazana bilən idmançılar Olimpiadada iştiraka buraxılacaqlar.
Məmmədli Ömər