⚡️Fransa kəşfiyyatçılarının Azərbaycanda geniş rezidentliyi aşkarlanıb, – Identifikator nəşri
Onlar Ukrayna, Moldova, Gürcüstan, Azərbaycanda, Şərqi Avropanın bir sıra ölkələrində, Yaxın Şərq və Mərkəzi Asiyada müxtəlif əməliyyatlarda iştirak ediblər.
Qeyd olunur ki, bir müddət əvvəl Azərbaycan ərazisində Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat fəaliyyəti həyata keçirən Fransa səfirliyinin daxili bölməsi müşahidə edilib.
“Eyni zamanda, rezidentlik geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə hərəkət edib, yeni vəzifələr formalaşdırıb və təsir dairəsini genişləndirib.
İstintaq bir-biri ilə əlaqəli şəxsiyyətlər şəbəkəsini açmağa imkan verən çox maraqlı məqamlara gətirib çıxardı.
Uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.
Əməkdaşlıq nəticəsində bəziləri Azərbaycanda xidmət etmiş və fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agenti ifşa edilib.
Uğursuzluğun miqyasının Fransa kəşfiyyatının imicinə ciddi zərbə olacağı gözlənilir”, – nəşr yazır.
Azərbaycan tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Məmmədli Ömər