Türkiyə silahlı qüvvələrinin çoxsaylı zirehli texnikası və şəxsi heyəti Suriyanın dövlət sərhədini keçərək İdlib əyalətinə doğru irəliləyir. Bu barədə Türkiyə telekanalları məlumat yayıb.
Türkiyə zirehli texnikası Qaziantep və İslahiye bölgələri istiqamətində Suriya sərhədini keçib. Türkiyə Müdafiə Nazirliyi hələlik baş verənlərlə bağlı şərh verməyib.
Əvvəllər Ankaradan Türkiyə ordusunun Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyası/Xalq Müqavimət Birliklərinin (PKK/YPG) döyüş bölmələrinə qarşı yeni sərhəd əməliyyatı keçirmək planları ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilmişdi.
Məmmədli Ömər