İran, Suriya probleminin həllində ABŞ-n iştirakının əleyhinədir! Rəsmi açıqlama…

17/01/17 10:02

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ-ın Astanaya dəvət edilməsinin doğru bir qərar olduğunu ifadə etmişdi. İran da ABŞ-ın qatılmasına qarşı olduğunu bildirib.

Astanadaki Suriya danışıqlarına ABŞ-ın qoşulması məsələsində Türkiyə və Rusiyadan gəlaçıqlamada hər iki ölkə ABŞ-ın danışıqlara qoşulmasına müsbət baxdıqları yer alıb.Lakin İran fərqli fikir bildirib.

İran Xarici İşlər Naziri Cavad az öncə bildirib ki, Rəsmi Tehran Vaşinqton rəhbərliyinin 23 Yanvarda masada olmasına qarşı olduğunu bildirib. Zərif, “Biz onları dəvət etmədik və orada olmalarına da əleyhinəyik” deyib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında ABŞ-ın Astanaya gəlməsini ümid etdiklərini bildirmişdi. Lavrov, “Trumpın qrupu ilə Suriyada aparacağımız əməkdaşlığın, Obama rəhbərliyi ilə etdiyimiz əməkdaşlıqdan daha təsirli olacağını ümid edirəm. Trump rəhbərliyindən nümayəndələrin Astanada 23 Yanvarda keçirilməsi planlaşdırılan Suriya sülh danışıqlarına dəvət edilməsini doğru qəbul edirik və onların gələcəklərinə ümid etdiklərini bildirib.
Transqafqaz.com