ABŞ dövlət katibi Entoni Blinken yanvarın 6-da Türkiyəyə səfər edəcək.
Bu barədə “TRT Haber” telekanalı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidana istinadən məlumat yayıb.
Telekanal qeyd edir ki, qarşıdan gələn danışıqların gündəliyinə Qəzzada nizamlanma, regional məsələlər, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr, xüsusilə də Türkiyəyə F-16 qırıcılarının satışı daxildir.
Məmmədli Ömər