🇺🇸 Blinken İranı təcrid etməyin ən yaxşı yolunu səsləndirib.
İsrailin bölgə ilə əlaqəsi və Fələstin dövlətinin yaranması üçün şərait yaratması İranı təcrid etməyin ən yaxşı yoludur. Bu barədə yanvarın 11-də Yaxın Şərq turunu başa vuran ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Bu, İranı və onun müvəkkillərini təcrid etməyin ən yaxşı yoludur”
Blinken əlavə edib ki, ABŞ İordan çayının qərb sahilindəki vəziyyətin “patlamamasına” diqqət yetirir.
Məmmədli Ömər