Türkiyə Prezidenti R.T.Ərdoğan bildirib ki, Ankara Türkiyədən kənarda terrorçulara qarşı əməliyyatlarını azaltmağı planlaşdırmır.
“Əksinə, Ankara həm İraqda, həm də Suriyada təhlükəsizlik fəaliyyətlərini genişləndirməyi planlaşdırır. Bəzi ölkələr separatçılarla bağlı bizə verdikləri vədlərə əməl etməyiblər; Bu səbəbdən onların bizə terrorla mübarizəni qadağan etməyə haqqı yoxdur. Bizim bu mübarizəmizdə siz ya bizim tərəfimizdəsiniz, ya da əleyhimizəsiniz”, – Türkiyə prezidenti bildirib.
Bundan başqa, Ərdoğan yaxın aylarda – kiminsə sözünə və təhdidinə baxmayaraq, bu istiqamətdə müəyyən addımlar atacağına söz verib.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı bildirib ki, Türkiyənin təhlükəsizliyi naminə, ölkənin silahlı qüvvələri tərəfindən İraqın şimalında 60 km dərinlikdə bir əmin-amanlıq “kəmər”i yaradılmalıdır.
Ərdoğan və Baxçalının dünənki sözlərinə Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamalarını da əlavə etməliyik.
“Süleymaniyyəyə qarşı sanksiyalarımıza baxmayaraq, İraqdakı kürd muxtariyyətinin rəhbərliyi PKK-ya münasibətini dəyişməsə, bundan sonra da tədbirlər görməkdən çəkinməyəcəyik. Həmçinin Suriyanın şimalında terror dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik. Biz Suriya meydanında PKK ilə mübarizə aparmaq əzmindəyik”, – nazir Türkiyə parlamentinin antiterror iclasında çıxışı zamanı deyib və Ankaranın xarici siyasətinin hədəflərini də səsləndirib.
Məmmədli Ömər