Azərbaycanın Baş naziri BP-nin vitse-prezidenti ilə görüşüb
Yanvarın 20-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb.
Görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, şirkətin ölkəmizdə həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub.
İşğaldan azad edilmiş ərazilərdə günəş elektrik stansiyasının tikintisi üzrə BP şirkəti ilə birgə görülən işlərə nəzər salınıb.
Ömər Məmmədli