Qazaxıstanda Atatürkün abidəsi açılıb
Yanvarın 26-da Qazaxıstanın Almatı şəhərində Türkiyə Cümhuriyyətinin ilk prezidenti və qurucusu Mustafa Kamal Atatürkün abidəsinin açılışı olub. Mərasimdə Qazaxıstanın (RK) mədəniyyət naziri, Türkiyənin Astanadakı səfiri və TÜRKSOY-un Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi iştirak ediblər. Atatürk adına parkda hündürlüyü 3 metr olan bürünc abidə qoyulub (Qazaxıstan Respublikası Mədəniyyət Nazirliyinin saytı).