Trumpun ağ evi təhvil alma mərasimi 200 milyonu keçəcək…(Fotolar)

18/01/17 4:35

Trumpun 200 milyon dollarlıq hakimiyyəti təslim alma mərasimi!
ABŞ-da 8 Noyabrda Prezident seçilən Donald Trump, 200 ildir ki, ABŞ Konqresində təşkil olunan ənənəvi andiçmə mərasimində Ağ Evi Barak Obamadan təhvil alacaq.

Donald Trump üçün təşkil olunacaq andiçmə mərasiminə hazirlıq üçün həftələrdir intensiv işlər görülür. Xərcinin 200 milyon dolları keçəcəyi təxmin edilir. 3 günlük təhvil-təslim mərasiminə, vəzifəsini təhvil verəcək Obama və ailəsi başda olmaqla ABŞ-ın sənət və siyasət dünyasından çox sayda şəxslər iştirak edəcək.

ABŞ Konqres binasının həyətində keçiriləcək tədbirdə 900 minə yaxın Amerikalının qatılması gözlənilir.
Trumpın 45-ci ABŞ Prezidenti olaraq hakimiyyəti təhvil alacağı mərasim, 1789-cu ildə ölkənin ilk prezidenti Corc Vaşinqtonun Nyu-yorkda andiçmə etməsindən bu yana kiçik dəyişikliklərlə hər bir rəhbər üçün keçirilir.

Vaşinqtonun 1800-də rəsmən ABŞ-ın paytaxtı qəbul edilməsi ilə bu şəhərdə and içən ilk prezident Tomas Jefferson olmuşdu. Andiçmə mərasimi, Ceyms Monronun sədrliyə keçidi 1817-ci ildən bəri Vaşinqtondakı ABŞ Konqresinin parkında xalqın iştirakı ilə keçirilir.

Mərasiminin keçiriləcəyi 20 Yanvardan bir gün əvvəl Trump və Müavini Mike Pence, Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgər Abidəsinə əklil qoyacaq.
Qəbiristanlıqdakı mərasimin ardından paytaxtın simvollarından Linkoln Memorialında Trumpın seçki şüarı olan “Amerika Yenidən Böyük Edək” mövzulu konsert başlayacaq. Konsertdə orkestr komandaları ilə yanaşı Tobi Keyt, 3 Doors Down kimi müğənni və qruplar çıxış edəcək. Donald Trump və Mike Pence buradakı şənliklərdə iştirak edən Amerikalılara xitab edəcəklər.

Trump və ailəsi, 20 Yanvarda günə Ağ Evə gedərək başlayacaq. Obama ailəsinə ilə Trump ailəsi, Ağ Evdə xələf və sələf kimi bir araya gələcək.

Trump və Obama, qısa görüşdən sonra ailələri ilə Ağ Ev yaxınlığındakı bir kilsəyə gedərək qısa bir dini mərasimə qatılacaq. Trump və Obama, bunun ardından andiçmə mərasimi üçün ABŞ Konqresinə keçəcək.

Trump, 20 Yanvar günorta saatlarında ABŞ Ali Məhkəməsinin Sədri Con Robertsin önündə 1884-cu ildən bəri ABŞ Konstitusiyasında yer alan bu andı içəcəkdir.

ABŞ-ın rəhbərlik məqamını sədaqətlə aparacağam və əlimdən gələnin ən yaxşısını edəcəyəm. ABŞ Konstitusiyasını qoruyacağıma və müdafiə edəcəyimə and içirəm”.

Bu and mətninin sonunda ABŞ prezidentləri ənənəvi olaraq, “Tanrım mənə yardım et”. İfadəsini də istifadə edir. Bu ifadə, konstitusiyadakı andiçmə mətnində yer almasa da bu günə qədər ABŞ prezidentlərinin çoxu tərəfindən andın sonunda dilə gətirilir. Trumpın da bu ifadə etməsi gözlənilir. Bundan başqa, mətndəki “and içirəm” ifadəsini də bu günə qədər bəzi prezidentlər “bəyan edirəm” şəklində ifadə edirlər.

    •  

    •  

    •  

    •  

    •  

    •  

    •  

       

    •  

    •  

    •  

  •  

  •  

  • Transqafqaz.com

    hazırladı: Pərvanə Turançı