Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.
Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq təsbit olunmuş bütün ərazilərində seçkilər keçirdi. Növbədənkənar seçkilərdə Azərbaycan vətəndaşları Xankəndi və Şuşada da səs verdilər. İlkin nəticələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük fərqlə yenidən prezident seçildi. Yaxın on gündə MSK seçkilərin nəticələrini açıqlayacaq.