Birləşmiş Ştatların Administrasiyası Gürcüstanda qəbul edilən xarici agentlər haqqında qanunla əlaqədar ABŞ-Gürcüstan əməkdaşlığının genişmiqyaslı nəzərdən keçirilməsinə başlayıb. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Bu gün mən Birləşmiş Ştatlar və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıram” dedi.
Birləşmiş Ştatlar Administrasiyası həmçinin Xarici Agentlər Qanunu ilə əlaqədar Gürcüstan hakimiyyətinə qarşı viza məhdudiyyətlərinin tətbiqi üzrə yeni siyasətə keçir. Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
“Gürcüstanın demokratik proseslərini və ya institutlarını sarsıdan hər kəs, o cümlədən, 2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək seçkilər ərəfəsində, seçkiləri zamanı və ondan sonra – bu siyasət çərçivəsində ABŞ vizalarına uyğun olmayan hesab edilə və Birləşmiş Ştatlara səfərinin qarşısını ala bilər. Bu cür şəxslərin yaxın ailə üzvləri də bu məhdudiyyətlərə məruz qala bilərlər”, – Blinkenin bəyanatında deyilir.